Çərşənbə axşamı, 07 May

"Ukraynanın 5 qırıcısı və 19 pilotsuz təyyarəsi vurulub" - Rus general

image

Rusiya Silahlı Qüvvələri ötən sutka ərzində Ukrayna tərəfinin 5 qırıcısını və 19 pilotsuz təyyarəni vurub.

Xəbər verilir ki, bu barədə bazar ertəsi keçirdiyi brifinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Bundan əlavə, Konaşenkov deyib ki, ötən gün ərzində Ukraynaya məxsus 19 pilotsuz uçan aparat məhv edilib, Xerson vilayətindəki Çernobaevka aerodromunun yaxınlığında isə 5 “Smerç” raketi ələ keçirilib.
Həmçinin, Rusiyanın aviasiya və raket qüvvələri bir gün ərzində Ukraynanın hərbi texnikasının cəmləşdiyi 23 ərazini məhv edib.

Konaşenkovun sözlərinə görə, müharibə başlayandan indiyədək Ukraynaya məxsusu 308 pilotsuz uçuş aparatı, 1713 tank və digər zirehli döyüş texnikası, 170 reaktiv yaylım atəşi sistemi, 715 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1557 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
Rusiya fevralın 24-də Ukraynada müharibəyə başlayıb. 
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58